Medianews.az
Həbsdən çıxan məhbus moped oğurladı:
78 baxış

Həbsdən çıxan məhbus moped oğurladı: Polis saxladı

Bakıda keçmiş məhkum moped oğurlayıb.

Medianews.az “Oxu.az”a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 1 800 manat dəyərində mopedin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun