Medianews.az
Rusiya vətəndaşlığı əlindən alınan
111 baxış

Rusiya vətəndaşlığı əlindən alınan Şirvan Kərimov vəkil imiş

Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. 

Medianews.az xəbər verir ki, qərarın səbəbləri hazırda məlum deyil.

"Samara Vilayəti Azərbaycanlıları Liqası" ictimai təşkilatının rəhbəri Ş.Kərimov hazırda Azərbaycandadır.

O, Samara Vəkillər Kollegiyasının "Hüquq Məsləhətçisi" vəkilidir.

Eyni zamanda Samara Vilayət İctimai Palatasının sədr müavini Yekaterina Kolotovkina bildirib ki, Şirvan Kərimov Samara Vilayət İctimai Palatasının üzvü olaraq qalır. 

Onun sözlərinə görə, Şirvan Kərimov sonuncu dəfə plenar iclasda görünüb: "Onun vətəndaşlığının ləğvi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Biz bunu xəbərlərdən öyrəndik. Hazırda Şirvan Kərimovla bağlı heç bir qərar qəbul edilməyib".//Unikal

Bizə qoşulun