“Mançester Yunayted” klubunun sabiq məşqçisi Aleks Ferquson hazırda komandanın sükanı arxasında olan Maykl Kerriki tərifləyib.
Medianews.az xəbər verir ki, şotlandiyalı sabiq mütəxəssis Kerrikin yaxın illərdə prestijli titullar qazancağına inandığını bildirib:
“Onda özümü görürəm. Çox çalışqan və inamlı menecerdir. Əsl komanda ruhu yaradıb. Mən ona futbolçu olduğu zamanlar da çox güvənirdim. Necə deyərlər, Bekhem, Ronaldo, Kantona, Skolz, Qiqs və Kerrik. Onlar hamısı mənim övladlarımdır. Hər birinin uğuruna bir ata kimi sevinirəm. Əminəm ki, Kerrikin rəhbərliyi altında komanda ciddi uğurlar qazanacaq. O, kluba yaxından bələddir. Sadəcə azarkeşlər biraz səbrli olmalıdır”./Yeni Sabah