Medianews.az
Rusiya yanacaq üçün bu ölkəyə
101 baxış

Rusiya yanacaq üçün bu ölkəyə üz tutdu

Rusiya Uzaq Şərqdən Kalininqrada qədər yayılan daxili çatışmazlığı ödəmək üçün Belarusdan yanacaq alışını rekord həddə çatdırıb.

Medianews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Məlumata görə, iyun ayında Belarus neft emalı zavodlarından Rusiyaya 181 min ton benzin idxal edilib. İlin birinci yarısında Belarusdan benzin alışı 20 dəfə artaraq 453 min tona çatıb.

Qeyd olunur ki, Belarusdan dizel yanacağı idxalı yanvar-iyun ayları arasında beş dəfə artaraq 256 min tona çatıb. Bundan əlavə, ötən ay Rusiyaya 16 min tondan çox Belarus aviasiya yanacağı göndərilib ki, bu da may ayı ilə müqayisədə üç dəfə çoxdur./Unikal.az

Bizə qoşulun