Medianews.az
Magistraturanın ikinci cəhdində
111 baxış

Magistraturanın ikinci cəhdində neçə nəfər iştirak edəcək?

Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün 23 mindən çox bakalavr qeydiyyatdan keçib.

Medianews.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ikinci cəhd imtahanı üçün Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 23 088 nəfər qeydiyyatdan keçib.

Onlardan 21 372 nəfəri Azərbaycan, 1716 nəfəri isə rus bölməsi üzrə qeydiyyatını tamamlayıb.19 956 nəfər xarici dil imtahanını ingilis dilindən verəcək.

Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.

Bizə qoşulun