Medianews.az
Mağaza müdiri öz iş yerindən
123 baxış

Mağaza müdiri öz iş yerindən oğurluq etdi

Kareliya Respublikasında bir mağazanın müdiri işlədiyi müəssisədən oğurluq edib.

Medianews.az xəbər verir ki, hadisə Kondopoqa şəhərində baş verib.

İstintaqla müəyyən edilib ki, o, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək vəzifə səlahiyyətlərindən istifadə edərək mağazadan mütəmadi olaraq alkoqollu içkilər, siqaretlər, elektron siqaretlər, ərzaq məhsulları və digər mallar götürüb.

Nəticədə mağazaya müəyyən məbləğdə ziyan dəyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs oğurluqda təqsirli bilinib və cərimə olunub.

Medianews.az

Bizə qoşulun