"Liverpul" klubunun rəsmi İnstaqram sosial şəbəkə hesabı "Qarabağ" komandasının İngilltərəyə bugünkü səfəri ilə bağlı maraqlı paylaşım edib.
Medianews.az axar.az-a istinadən bildirir ki, paylaşımda qeyd olunub:
"Enfilddə qeyri-adi bir rekord gözlənilir. UEFA Çempionlar Liqası qarşılaşması üçün "Qarabağ" Bakından yola düşüb. Bu, "Liverpul"un indiyədək qəbul etdiyi ən uzun Avropa səfəri olacaq".
Paylaşımda qeyd edilir ki, bu, 2583 mil (4157 kilometr) təşkil edir.
Açıqlanan siyahıda "Liverpul" tarixində ən uzun səfərə gəlmiş 10 komandanın yer aldığı siyahı təqdim olunub:
1. "Qarabağ" - 2583 mil (4157 kilometr)
2. "Anji" (Mahaçqala) - 2378 mil
3. "Makkabi" (Hayfa) - 2341- mil
4. "Dinamo" (Tbilisi) - 2319 mil
5. "Spartak" (Vladiqafqaz) - 2260 mil
6. "Apollon" (Limasol) - 2171 mil
7. "Trabzonspor" - 2139 mil
8. "Rubin" (Kazan) - 2041 mil
9. "Qalatasaray" - 1706 mil
10. "Beşiktaş" - 1706 mil
