İspaniyanın "Barselona" futbol komandasının ulduzu Robert Levandovski mövsümün sonunda klubu tərk edəcək.
Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə BBC-nin jurnalisti Gilyem Balaqe məlumat yayıb.
37 yaşlı polşalı forvardın kataloniyalılar ilə müqaviləsi iyunun sonunda başa çatır. Levandovskinin karyerasını İtaliyada davam etdirə biləcəyi barədə şayiələr dolaşır.
Qeyd edək ki, "Barselona"da dördüncü mövsümünü keçirən futbolçu bu müddətdə 188 matçda meydana çıxıb, 118 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.