Medianews.az
Lebron Ceymsin İsrail haqqında dedikləri
53 baxış

Lebron Ceymsin İsrail haqqında dedikləri GÜNDƏM OLDU

NBA ulduzu Lebron Ceyms İsrail haqqında verdiyi açıqlamalarla sosial mediada geniş müzakirələrə səbəb olub.

Medianews.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Basketbolçu bildirib: "Ümid edirəm ki, İsraildəki insanları təkcə idmanda deyil, ümumiyyətlə həyatda daha yaxşı olmağa ruhlandıra bilərəm. Ümid edirəm ki, nə vaxtsa ora gedə bilərəm. Bu ölkə haqqında gözəl şeylər eşitmişəm”.

Ceymsin şərhləri qısa müddətdə gündəm olub və müxtəlif dairələrdən həm dəstək, həm də tənqid alıb. Hazırda ulduz basketbolçu məsələyə əlavə açıqlama verməyib.

Medianews.az

Bizə qoşulun