“ABŞ Prezidenti Donald Trampın administrasiyası Moskva ilə bağlı Co Bayden dövrünün siyasətini davam etdirir”.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Rusiya Trampın Kreml ilə başlatdığı dialoqa dəyər verir, amma reallıqda iki ölkə arasında yaxınlaşma görünmür. Onun sözlərinə görə, əməkdaşlıqla bağlı müsbət bəyanatlar verilsə də, praktikada heç nə dəyişmir.
Lavrov həmçinin vurğulayıb ki, Vaşinqton Rusiyaya qarşı əvvəlki sanksiyaları saxlayır və yeni iqtisadi təzyiq addımları atır.
Medianews.az