Medianews.az
Küveyt raket və PUA hücumuna məruz qalıb
45 baxış

Küveyt raket və PUA hücumuna məruz qalıb

Küveyt raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Küveyt Müdafiə Nazirliyinin bəyan edib ki, “düşmən hücumlar” ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.

Müdafiə Nazirliyinin bəyanatında hücumların kim tərəfindən edildiyi bildirilməyib. Küveyt Müdafiə Nazirliyi əhalini təmkinli olmağa və təhlükəsizlik təlimatlarına riayət etməyə çağırıb.

Eyni zamanda, Küveyt Xarici İşlər Nazirliyi “İrandan edilən hücumları” pisləyib. Nazirliyin bəyanatında bu addımlar təhlükəli eskalasiya və dövlətin suverenliyi və təhlükəsizliyinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Bəyanatda vurğulanıb ki, Küveyt ölkənin suverenliyi və təhlükəsizliyinə qarşı cəhdlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək.

Körfəz Ərəb Ölkələri Şurası hücumları kəskin pisləyib./AZƏRTAC

Bizə qoşulun