Meksikanın amerikalı turistlər arasında populyar olan Puerto-Valyarta kurort şəhərində 11 gün ərzində üç qadının meyiti aşkar edilib.
Medianews.az xəbər verir ki, meyitlər müxtəlif ərazilərdə tapılıb.
Qurbanların 22-35 yaşlarında olduğu, bədənlərində döymələrin olduğu və qismən soyundurulmuş vəziyyətdə aşkarlandığı bildirilir. Onların şəxsiyyəti hələ rəsmi olaraq müəyyənləşdirilməyib.
Sosial şəbəkələrdə üçüncü qurbanın aprel ayında itkin düşən 22 yaşlı Elizabet Martines olduğu iddia edilsə də, polis bu məlumatı təsdiqləməyib. Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini və digər sübutları araşdırır.
Hadisələrin oxşarlığı səbəbindən yerli hakimiyyət orqanları bölgədə serial qatilin fəaliyyət göstərə biləcəyindən şübhələnir.
Medianews.az