Medianews.az
Kürdəmirdə YANĞIN –
45 baxış

Kürdəmirdə YANĞIN – Ölən var

Kürdəmir rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kv metr olan birmərtəbəli evdə baş verib. Nəticədə ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Eyni zamanda, əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizə qoşulun