Kriştianu Ronaldu "Ən-Nəsr"də oynamaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) idarəçiliyindən narazıdır.
Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasında bu gün keçiriləcək "Ər-Riyad"a qarşı oyunda meydana çıxmamaqda qərarlıdır.
Kriştianu Ronaldu xüsusilə də eyni fond tərəfindən idarə olunan rəqib klublara göstərilən münasibətlə müqayisədə, PIF-in üç ildir çıxış etdiyi klubu idarəetmə tərzindən narazıdır.
Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Ən-Nəsr"in formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.