Medianews.az
Kredit və əmanətlər: Bakıda və bölgələrdə -
180 baxış

Kredit və əmanətlər: Bakıda və bölgələrdə - Rəqəmlər

2025-ci il dekabrın 1-nə Azərbaycanda 22 bankın cəmi aktivləri 58,7 milyard manatı, cəmi öhdəlikləri 51,5 milyard manatı ötüb.

Medianews.az saytı Mərkəzi Banka istinadla bildirir ki, ölkədə 29,6 milyard manat kredit, 16,1 milyard manat əmanət rəsmiləşib.

Bakıda 22,5 milyard manat kredit qeydə alınıb.

Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 190,3 milyon manat, Gəncə-Daşkəsən – 890,2 milyon manat, Lənkəran-Astara – 708,6 milyon manat, Şəki-Zaqatala – 611,5 milyon manat, Mərkəzi Aran – 596,9 milyon manat, Qazax-Tovuz – 570,7 milyon manat, Qarabağ – 525,3 milyon manat, Quba-Xaçmaz – 516,7 milyon manat, Naxçıvan – 496,08 milyon manat, Şirvan-Salyan – 470,3 milyon manat, Mil-Muğan – 355,7 milyon manat, Dağlıq Şirvan – 207,8 milyon manat, Şərqi Zəngəzur – 24,5 milyon manat.

Bakıda 14,1 milyard manat əmanət qoyulub.

Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 597,4 milyon manat, Gəncə-Daşkəsən – 264,9 milyon manat, Quba-Xaçmaz – 164,4 milyon manat, Lənkəran-Astara – 151,5 milyon manat, Şəki-Zaqatala – 149,3 milyon manat, Mərkəzi Aran – 143,2 milyon manat, Qazax-Tovuz – 134,6 milyon manat, Qarabağ – 105,9 milyon manat, Naxçıvan – 83,47 milyon manat, Şirvan-Salyan – 83,40 milyon manat, Mil-Muğan – 56,9 milyon manat, Dağlıq Şirvan – 52,03 milyon manat, Şərqi Zəngəzur – 808 min manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun