Medianews.az Mərkəzi Bankın kredit və əmanət hesabatına nəzər salıb.

Statistik bülletenə görə, 2025-ci il noyabrın 1-nə Bakıda 22,3 milyard manata yaxın kredit rəsmiləşib.
Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 190,8 milyon manat, Gəncə-Daşkəsən – 882,5 milyon manat, Lənkəran-Astara – 704,1 milyon manat, Şəki-Zaqatala – 610,1 milyon manat, Mərkəzi Aran – 594,6 milyon manat, Qazax-Tovuz – 562,8 milyon manat, Qarabağ – 524,4 milyon manat, Quba-Xaçmaz – 511,6 milyon manat, Naxçıvan – 493,5 milyon manat, Şirvan-Salyan – 467,9 milyon manat, Mil-Muğan – 341,4 milyon manat, Dağlıq Şirvan – 205,9 milyon manat, Şərqi Zəngəzur – 23,07 milyon manat.

2025-ci il noyabrın 1-nə Bakıda 13,9 milyard manatdan çox əmanət qoyulub.
Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 599,2 milyon manat, Gəncə-Daşkəsən – 264,7 milyon manat, Quba-Xaçmaz – 162,4 milyon manat, Lənkəran-Astara – 147,9 milyon manat, Şəki-Zaqatala – 145,8 milyon manat, Mərkəzi Aran – 140,1 milyon manat, Qazax-Tovuz – 135,2 milyon manat, Qarabağ – 106,2 milyon manat, Şirvan-Salyan – 81,09 milyon manat, Naxçıvan – 79,7 milyon manat, Mil-Muğan – 53,3 milyon manat, Dağlıq Şirvan – 50,5 milyon manat, Şərqi Zəngəzur – 981 min manat.
Toğrul Əli,
Medianews.az