Medianews.az
Köpəkbalığı kişinin
61 baxış

Köpəkbalığı kişinin qolunu dişlədi

ABŞ-də köpəkbalığı sörfçüyə hücum edib.

Medianews.az xəbər verir ki, hadisə Kaliforniya ştatında, zərərçəkən sahildən təxminən 270 metr aralıda olarkən baş verib.

Köpəkbalığı sörfçünün sörf lövhəsini, sonra isə qolunu dişləyib.

Yaralı tez bir zamanda quruya qayıdıb. Təcili yardım işçiləri ona kömək ediblər. Yarası ciddi olmadığı üçün kişi xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Hücum edən köpəkbalığının dəqiq növü məlum deyil.

Medianews.az

Bizə qoşulun