Maqnezium qəbuluna başladıqdan sonra bəzi insanların yuxu rejimində dəyişikliklər yarana bilər.
Medianews.az xəəbr verir ki, Həkim Lyubov Stankeviç bildirib ki, maqnezium sinir sisteminin yuxu zamanı fəaliyyətinə birbaşa təsir göstərir.
Nəticədə insan yuxuları daha parlaq görə və ya onları daha yaxşı xatırlaya bilər. Ekspertin sözlərinə görə, bu dəyişiklik mütləq kabusların görünməsi demək deyil. İnsan oyandıqdan sonra özünü gümrah hiss edirsə, parlaq yuxular narahatlıq üçün əsas yaratmır.
Lakin yuxular təşviş doğurmağa başlayarsa, yuxudan sonra yorğunluq və yuxuya getməkdə çətinlik yaranarsa, qida əlavəsinin qəbul sxeminə düzəliş edilməsi mütləqdir.
Medianews.az