Uzun müddət az miqdarda alkoqolun, xüsusilə də qırmızı şərabın ürək-damar sisteminə faydalı olduğu düşünülsə də, müasir araşdırmalar bu mifi getdikcə daha çox təkzib edir.
Medianews.az xəbər verir ki, bu barədə həkim-kardioloq Vitali Zafiraki xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, hətta az, lakin müntəzəm spirtli içki qəbulu ürəyə mənfi təsir göstərir, aritmiyanı stimullaşdırır və insult da daxil olmaqla ürək-damar ağırlaşmaları riskini artırır.
Həmçinin alkoqol kardioloq tərəfindən təyin edilmiş müalicənin effektivliyini azaldır. "Alkoqol həm aritmiyanın ilk tutmalarına, həm də artıq diaqnoz qoyulmuş xəstəliyin irəliləməsinə səbəb olan əsas amillərdən biridir və bu təsir qəbul edilən dozadan birbaşa asılıdır", - deyə həkim dəqiqləşdirib.
Zafiraki bir çox insanın aritmiyaya ciddi yanaşmadığını, lakin bu vəziyyətin ölümcül patologiyalara yol aça biləcəyini vurğulayıb. O, ürək döyüntüsünün qəfil tezləşməsi, başgicəllənmə, zəiflik və ya təngnəfəslik zamanı vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edir. Erkən diaqnoz insult riskini əhəmiyyətli dərəcədə azaldır.
Medianews.az