Argentina millisinin hücumçusu, futbolun canlı əfsanəsi Lionel Messi komandasının DÇ-2026-dakı çıxışını dəyərləndirib.
Medianews.az xəbər verir ki, Messi komandanın qazandığı uğurların asan olmadığını vurğulayıb:
"Dünya çempionu olduqdan və hər şeyi qazandıqdan sonra yenidən mübarizəni davam etdirmək, bu səviyyəni qoruyub növbəti dəfə yarımfinala yüksəlmək normal deyil. Bu komanda insanları qeyri-adi şeylərə öyrəşdirib. Buna görə də anın dadını çıxarmalıyıq. Çünki bunun bir daha nə vaxt təkrarlanacağını bilmirik. İndi əsas məqsədimiz dincəlmək, gücümüzü bərpa etmək və yarımfinalda uğurla çıxış etməkdir".
Qeyd edək ki, DÇ-2026-nın yarımfinal mərhələsində Argentina millisi iyulun 15-də İngiltərə yığması ilə qarşılaşacaq.
Medianews.az