Medianews.az
"Barselona"nın prezidenti də
90 baxış

"Barselona"nın prezidenti də Messiyə heyran qaldı

"Barselona"nın prezidenti Joan Laporta klubun keçmiş ulduzu, Argentina millisinin hücumçusu Lionel Messinin DÇ-2026-dakı çıxışını dəyərləndirib.

Medianews.az xəbər verir ki, o, Messinin möhtəşəm dünya çempionatı keçirdiyini deyib və onu təbrik edirəm.

“Argentina millisi çox etibarlı oyun nümayiş etdirir və komanda yoldaşları Leonun öz ən yaxşı səviyyəsini göstərməsinə kömək edirlər", - Laporta bildirib.

Qeyd edək ki, 39 yaşlı Lionel Messi DÇ-2026-da keçirdiyi 6 oyunda artıq 8 qol vurmağı bacarıb. Onun rəhbərlik etdiyi Argentina yığması turnirin yarımfinalına yüksəlib və iyulun 15-də finala vəsiqə uğrunda İngiltərə millisi ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun