Ukranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhdarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub.
Politoloq Xaqani Cəfərlinin Medianews.az-a bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi sağçı-populist siyasi hərəkatın - MAGA ("Make America Great Again" – Azərbaycan dilində: “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının öncüllərindən bloqçu Laura Lumer, “Weatherman” fondunun prezidenti, general Kett Kelloqun qızı Meqan Mobbs, “Fox News” kanalının şərhçisi Mark Tissen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əli olduğunu bildirirlər.
ABŞ-dakı Rusiyapərəst qüvvələr isə senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikrini yaymağa çalışırlar.
Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqda da fikirlər var.
Bütün bunlara görə ABŞ-da hakim Respublikaçılar Partiyasının nüfuzlu təmsilçiləri senatorun ölümünün araşdırılmasını və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər.
Xaqani Cəfərli ayrı-ayrı ölkələrdə ictimaiyyətin Lindsi Qremin ölümünə reaksiyası da çox düşündürücüdür: “Senator Lindsi Qremin ölümü ilə bağlı xəbər Rusiya və İranda əsasən sevinclə, Türkiyə ictimai rəyində isə əsasən məmnunluqla qarşılanıb. Ukrayna və İsraildə isə bu hadisə daha çox kədərə səbəb olub. İraq və Suriya kürdlərinin təmsilçiləri də senator Lindsi Qremin ölümü ilə bağlı dərin kədərlərini ifadə ediblər”.
Nailə Qasımova,
Medianews.az