Medianews.az
"Trezeqedən DÇ-2026 bombası:
97 baxış

"Trezeqedən DÇ-2026 bombası: "Argentina Messidən asılıdır"

"Yuventus"un və Fransa millisinin sabiq hücumçusu David Trezeqe, hazırda davam edən dünya çempionatının ən yaxşı oyunçusu və Kilian Mbappenin çıxışı barədə sualları cavablandırıb.

Medianews.az xəbər verir ki, futbolçu turnirin "Qızıl top" mükafatı uğrunda əsas mübarizənin Lionel Messi ilə Kilian Mbappe arasında keçdiyini bildirib:

"Hazırda gördüklərimizə əsasən, Lionel Messi növbəti dəfə qeyri-adi bir futbolçu olduğunu sübut edir. Onun bu mükafat uğrunda Mbappe ilə mübarizə apardığı aydındır. Mənə görə, Fransa Argentinaya nisbətən daha komplektləşmiş komandadır. Onların Avropanın ən yaxşı liqalarında çıxış edən daha güclü və təcrübəli oyunçuları var. Argentinada isə böyük həvəs var, lakin onlar Messidən çox asılıdırlar. Bununla belə, Leonun özü 39 yaşında inanılmaz formadadır".

Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi DÇ-2026-nın yarımfinal mərhələsində mübarizəni davam etdirirlər.

Medianews.az

Bizə qoşulun