Medianews.az
Köpəkbalığı dəniz işçisini parçaladı -
92 baxış

Köpəkbalığı dəniz işçisini parçaladı - ANBAAN VİDEO

ABŞ-ın Florida ştatında hərbi bazada çalışan 20 yaşlı mülki dənizçi nahar fasiləsində dənizdə üzərkən köpəkbalığı hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, hadisə Panama Siti şəhərində yerləşən Dəniz Dəstək Fəaliyyəti bazasında baş verib.

Hücum nəticəsində gəncin hər iki qolu ciddi xəsarət alıb. O, xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir.

Mütəxəssislərin ehtimalına görə, hücumu öküz köpəkbalığı həyata keçirib. Hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, çimərliklərdə xəbərdarlıq bayraqları qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun