Braziliyanın Pernambuku ştatında köpəkbalığı 11 yaşlı oğlana hücum edib.
Medianews.az xəbər verir ki, hadisə mayın 31-də Jaboatan-dus-Quararapis şəhərinin çimərliyində baş verib.
Məlumata görə, oğlan iki dostu və əmisi ilə birlikdə dənizdə çimərkən köpəkbalığının hücumuna məruz qalıb. Yırtıcı balıq uşağın ayağını qoparıb.
Hadisə şahidi olan əmisi suda hər tərəfin qana boyandığını gördükdən sonra dərhal köməyə qaçaraq uşağı sahilə çıxarıb.
Azyaşlı əvvəlcə yerli xəstəxanaya, daha sonra isə ixtisaslaşmış klinikaya çatdırılıb və əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, onun həyatı üçün təhlükə yoxdur.
Xilasedicilər qeyd ediblər ki, çimərlikdə akula hücumu riskinin yüksək olması barədə əvvəlcədən xəbərdarlıq lövhələri quraşdırılmışdı.
Medianews.az