Medianews.az
Kolumbiyada terror aktı:
63 baxış

Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEO

Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu barədə regionun başçısı Oktavio Qusman "X" sosial şəbəkəsində məlumat verib.

"Panamerika şossesində, El-Tunel rayonunda (Kaxibio bələdiyyəsi) partlayıcı qurğu işə salınıb. bu, mülki əhaliyə qarşı törədilmiş hücumdur", - deyə o yazıb.

Kolumbiya Prezidenti Qustavo Petro öz bloqunda baş verənləri terrorçuluq və faşizm adlandırıb. O, əhaliyə qarşı hücumda Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin üzvlərini ittiham edib.

Q.Petro bildirib ki, hazırda terror aktının təşkilatçısı məlumdur - bu, "Marlon" ləqəbli silahlıdır./oxu.az

Bizə qoşulun