Kolumbiyada “Monster truck” şousu zamanı ağır qəza baş verib.
Medianews.az xəbər verir ki, hadisə Popayan şəhərində qeydə alınıb.
Avtomobillərdən biri idarəetmədən çıxaraq tamaşaçıların üzərinə çıxıb. Qəza nəticəsində 3 nəfər həyatını itirib, təxminən 40 nəfər xəsarət alıb. Məlumata görə həyatını itirənlərdən biri uşaqdır.
Medianews.az