Medianews.az
Klub turnirlərinin qalibləri
87 baxış

Klub turnirlərinin qalibləri

UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümü 1/8 final mərhələsindədir.

Medianews.az bildirir ki, Çempionlar Liqasında 7 (“Real”, “Bavariya”, “Liverpul”, “Barselona”, “Çelsi”, “Mançester Siti”, PSJ), Avropa Liqasında 1 (“Portu”) komanda titulludur, Konfrans Liqasında isə belə komanda yoxdur.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 dəfə qalib olub.

1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Tottenhem”, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.

2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem”, “Olimpiakos” və “Çelsi” 1 dəfə udub.

Medianews.az

Bizə qoşulun