Medianews.az
Klub turnirləri: hansı ölkədən neçə komanda qalır?
93 baxış

Klub turnirləri: hansı ölkədən neçə komanda qalır?

UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə mübarizəni 29 ölkənin 72 komandası davam etdirir. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 24 komanda yer alır.

Medianews.az bildirir ki, İngiltərə turnirlərdə 9 komanda ilə təmsil olunur.

İtaliya, İspaniya və Almaniyanın yarışlarda 6, Fransanın 5, Portuqaliya və Yunanıstanın 4, Türkiyə, Çexiya və Polşanın 3, Belçika, Norveç, Kipr və Xorvatiyanın 2 komandası var.

Niderland, Danimarka, İsveçrə, Şotlandiya, Macarıstan, Serbiya, Ukrayna, Azərbaycan, Sloveniya, Bolqarıstan, Ermənistan, Finlandiya, Kosovo, Bosniya və Şimali Makedoniya 1 təmsilçi ilə qalır.

Medianews.az

Bizə qoşulun