Medianews.az
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
124 baxış

KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu

İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə Amerika Birləşmiş Ştatları hərbçilərinin yerləşdiyi bazaya, peyk rabitəsi mərkəzinə və hərbi sursat anbarlarına hücum etdiyi bildirilib.

Bu barədə "Nour News" agentliyi məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu dronlar və raketlərin köməyi ilə Bəhreyndə yerləşən "Əl-Cüfeyr" bazasında ABŞ əsgərlərinin qaldığı binaya, peyk rabitə mərkəzinə, həmçinin bir neçə silah anbarına zərbələr endirərək onları tamamilə məhv edib", - deyə agentlik SEPAH-ın rəsmi bəyanatından sitat gətirib.

Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki tankerə zərbə endirdiyi də açıqlayıb.

"Naviqasiya sistemləri qapadılmış iki supertanker Hörmüz boğazının təhlükəsizlik mərkəzi tərəfindən edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq, bölgədə dənizçilik üçün təhlükə yaradıb, nəticədə onlar vurularaq zərərsizləşdirilib", - deyə açıqlada qeyd olunub./oxu.az

Bizə qoşulun