Braziliya prezidenti Luis İnasio Lula da Silva DÇ-2026-nın 1/8 finalında məğlub olaraq turnirlə vidalaşan milli komandanın futbolçularını qınayıb.
Medianews.az xəbər verir ki,iyulun 6-da Norveçə 1:2 hesabı ilə uduzan və son 36 ildə ilk dəfə 1/4 finala yüksələ bilməyən Braziliya millisinin futbolçularından yalnız biri – müdafiəçi Danilo vətənə qayıdıb.
Digər oyunçular isə birbaşa tətilə və ya klublarına yollanıblar.
Prezident Lula da Silva "Globo" tərəfindən yayımlanan videoda narazılığını bu sözlərlə ifadə edib: "Milli komandanın təyyarəsində demək olar ki, heç kim yox idi, bu, bir biabırçılıqdır. Vətənə yalnız bir oyunçu qayıtdı, qalanları isə orada qaldı".
Medianews.az