ABŞ prezidenti Donald Trampın göstərişi ilə ABŞ ordusu 14 iyulda İranın dəniz blokadasını bərpa edəcək.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X rəsmi saytında bildirilib.
CENTCOM-un məlumatına görə, blokada İran limanlarına və sahil zonalarına daxil olan və ya çıxan gəmilərə şamil olunacaq.
Eyni zamanda, məhdudiyyətləri pozmayan kommersiya gəmilərinin regionun sularına çıxışı davam edəcək./Unikal.az