Medianews.az
İspaniya millisinin baş məşqçisi:
69 baxış

İspaniya millisinin baş məşqçisi: "Onlar daha da gücləniblər"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın yarımfinalındakı rəqibləri Fransa haqqında iddialı açıqlamalar verib.

Medianews.az xəbər verir ki, təcrübəli mütəxəssis fransızların ötən illə müqayisədə daha təhlükəli komandaya çevrildiyini bildirib.

De la Fuente qeyd edib: "Fransa millisi güclənib, futbolçular isə inkişaf edir. Xüsusilə Mbappe və Dembele fərdi keyfiyyətlərini daha da artırıblar".

Xatırladaq ki, ötən ilin iyununda Millətlər Liqasının yarımfinalında ispanlar rəqibini 5:4 hesabı ilə üstələmişdi. Komandalar arasında növbəti böyük qarşıdurma bu gün, iyulun 14-də, Bakı vaxtı ilə saat 23:00-da Dallasda baş tutacaq.

Medianews.az

Bizə qoşulun