Nutrisioloq Mari-Pyer Sent-Onj gün ərzində qəbul edilən qidaların gecə yuxusunun keyfiyyətinə birbaşa təsir etdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, Aralıq dənizi pəhrizinə bənzər qidalanma yuxusuzluq riskini azaldır, yuxunu daha uzun və dərin edir.
Ekspert qeyd edib ki, meyvə, tərəvəz, tam taxıllı məhsullar, qoz-fındıq, paxlalılar və yağsız ət yuxu keyfiyyətini artırır. Əksinə, şirniyyat, doymuş yağlar və rafinə olunmuş karbohidratlar gecə tez-tez oyanmağa səbəb olur. Həmçinin yuxu keyfiyyətini qorumaq üçün səhər yeməyini qaçırmamaq və yatmazdan ən azı 3 saat əvvəl şam yeməyini bitirmək tövsiyə olunur.
Medianews.az