İranın təcili yardım xidmətləri Hörmüz boğazında başqa bir gəmi ilə toqquşduqdan sonra yük gəmisindən 23 heyət üzvünü xilas edib.
Medianews.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, səhər yük gəmisi ilə başqa bir gəmi arasında toqquşma nəticəsində gəmi batıb və gəmilərdən birinin təcili təxliyəsi zəruri olub. 23 heyət üzvünün hamısı Qeşm adasına aparılıb./Teleqraf