Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə üzərində 288 ədəd Ukrayna PUA-sını məhv edib.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Tula, Moskva, Krasnodar, Krım, Başqırdıstan, eləcə də Azov və Qara dəniz üzərində vurulub./Axar.az