Medianews.az
Bu şəhərdə 51 dərəcə
148 baxış

Bu şəhərdə 51 dərəcə isti var

İranda 2026-cı ilin əvvəlindən bəri dünyada müşahidə olunan ən yüksək temperatur göstəricisi qeydə alınıb.

Medianews.az xəbər verir ki, iyulun 12-də İranın Dehloran şəhərində havanın temperaturu +51,5 dərəcəyə çatıb.

Bu barədə Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat verib.

Qeyd olunub ki, göstərici 2026-cı ilin əvvəlindən etibarən dünya üzrə ən yüksək temperatur hesab olunur.

Mütəxəssislər bölgədə anomal istilərin davam etdiyini bildirirlər. Yüksək temperatur fonunda əhali üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, xüsusilə yaşlılar və xroniki xəstəlikləri olan şəxslərin diqqətli olması tövsiyə edilir.//Modern.az

Bizə qoşulun