Medianews.az
“Kişilər azdır” iddiası: Sosial mediada yayılan video gündəm oldu -
132 baxış

“Kişilər azdır” iddiası: Sosial mediada yayılan video gündəm oldu - VİDEO

Latviyada yaşayan bir qadının sosial şəbəkədə paylaşdığı video qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Medianews.az -ın məlumatına görə, o, ölkədə kişi sayının az olduğunu iddia edərək, xüsusilə xarici kişilərin latviyalı qadınların diqqətini daha çox cəlb etdiyini bildirib.

Qadın paylaşımında Latviyada kişi-qadın nisbətinin balanssız olduğunu və bu səbəbdən rəqabətin artdığını irəli sürüb. Onun istifadə etdiyi ifadələr sosial mediada birmənalı qarşılanmayıb və müxtəlif reaksiyalar doğurub.

Bəzi iddialara görə, ölkədə demoqrafik fərqlər fonunda yeni xidmət sahələri də formalaşır. Yerli mediada yayılan məlumatlarda “saatlıq ər” xidməti kimi tanınan texniki dəstək modelinə marağın artdığı qeyd olunur.

Rəqəmsal platformalar vasitəsilə təqdim edilən bu xidmət çərçivəsində santexnika, dülgərlik, təmir, yenidənqurma və məişət avadanlıqlarının quraşdırılması kimi işlər üçün qısamüddətli peşəkar yardım göstərilir.

Bildirilib ki, bu xidmət yalnız texniki və məişət işləri üzrə dəstək məqsədi daşıyır, şəxsi münasibət və ya tanışlıq xarakteri daşımır.

Medianews.az

 

Bizə qoşulun