Medianews.az
Ev sahibi işgəncə ilə
100 baxış

Ev sahibi işgəncə ilə ÖLDÜRÜLDÜ

Cənubi Afrika Respublikasında kirayə pulunu ödəməkdən imtina edən keçmiş kirayənişinlər ev sahibini vəhşicəsinə qətlə yetiriblər.

Medianews.az xəbər verir ki, hadisə Kvazulu-Natal əyalətinin Parkqeyt şəhərində baş verib.

45 yaşlı Menzi Cali anasının evindəki otaqları üç nəfərə kirayəyə verib. Lakin kirayənişinlər müqavilə şərtlərini mütəmadi olaraq pozaraq pul ödəməkdən imtina ediblər. Borclardan bezən ev sahibi iyunun 19-da onları evdən çıxarmaq üçün polis çağırıb. Hüquq-mühafizə orqanları kişiləri evi tərk etməyə razı salsa da, onlar geri qayıdıb qisas alacaqları ilə hədələyiblər.

Qorxuya düşən Cali dəstək üçün evə bir qohumunu dəvət etsə də, bu, cinayətkarları dayandırmayıb. Silahlı şəkildə evə basqın edən keçmiş kirayənişinlər Calini qaçmağa çalışarkən yaxalayıb, amansızlıqla döyüb, qollarını kəsib və daha sonra balta ilə qətlə yetiriblər.

Hazırda şübhəli bilinən üç nəfərin axtarışını davam etdirir və hadisə şahidlərini istintaqa kömək etməyə çağırır.

Medianews.az

Bizə qoşulun