Rusiyanın Sankt-Peterburq bölgəsində Finlandiya vağzalı yaxınlığında yerləşən anbarda partlayış və yanğın baş verib.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Partlayış zamanı bir nəfər hadisə yerində, iki nəfər isə hasarın çökməsi nəticəsində həyatını itirib. Anbarda kimyəvi reaktivlərin saxlandığı ehtimal edilir.
Yanğın təxminən 400 kvadratmetr ərazini əhatə edib və daha sonra söndürülüb. Hadisə ilə bağlı cinayət işi açıb.
Partlayış zamanı Finlandiya vağzalının bir əməkdaşının itkin düşdüyü bildirilir.
Medianews.az