Medianews.az
Kimlərə banan olmaz? -
55 baxış

Kimlərə banan olmaz? - AÇIQLAMA

“Böyrək və diabet xəstəlikləri olan insanlar banan yeməkdən çəkinməlidirlər”.

Medianews.az xəbər verir ki, bunu həkim Andrey Tyazelnikov deyib.

Onun sözlərinə görə, banan yüksək vitamin tərkibinə malik olsa da, bəzi insanlar üçün ciddi risk yaradır. Böyrək xəstələri üçün meyvədəki kalium səviyyəsi təhlükəlidir və hiperkalemiya riskini artırır. Diabet xəstələri isə həddindən artıq yetişmiş bananlardan uzaq durmalıdır, çünki nişasta sadə şəkərə çevrilərək qan qlükozasını sürətlə yüksəldir.

Həmçinin bəzi mənbələrə görə, varikoz damarları, tromboflebit və ürək tutmalarından sonra banan istehlakı tövsiyə olunmur, çünki qanı qatılaşdırıcı təsir göstərə bilər.

Medianews.az

Bizə qoşulun