Medianews.az
Kimlər gedir, kimlər qalır? -
156 baxış

Kimlər gedir, kimlər qalır? - Dünya çempionatı

23-cü dünya futbol çempionatı təəccübləndirir. İkiqat çempion Uruqvayın, iddialı Türkiyə, Cənubi Koreya, İran, Çexiya və Şotlandiyanın qrupda qalmasının ardından dördqat çempion Almaniya və güclü Niderland 1/16 finalda ilişdilər.

Medianews.az bildirir ki, çempionluğa şanslı göstərilmiş 6 komanda mübarizəni davam etdirir: Braziliya, Argentina, Fransa, İngiltərə, İspaniya, Portuqaliya.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatın geridə qalmış 76 oyununda 223 qol vurulub.

Lionel Messi (Argentina) 6, Kilian Mbappe və Usman Dembele (Fransa), Erlinq Holann (Norveç), Vinisius Junior (Braziliya) 4 qola imza atıb.

12 oyunçu 3 qolun, 21 oyunçu 2 qolun, 111 oyunçu 1 qolun müəllifidir.

Turnirdə 12 avtoqol qeydə alınıb.

İyunun 11-də start götürmüş çempionatda 48 komanda 12 qrupda yarışıb, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.

1/16 final mərhələsi iyulun 4-də bitir. 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

1930-cu ildən başlayaraq 22 çempionat keçirilib. Bu çempionatların 20 mükafatçısı var:

Braziliya - 5 qızıl, 2 gümüş, 2 bürünc medal

Almaniya (AFR) - 4 qızıl, 4 gümüş, 4 bürünc medal

İtaliya - 4 qızıl, 2 gümüş, 1 bürünc medal

Argentina - 3 qızıl, 3 gümüş medal

Fransa - 2 qızıl, 2 gümüş, 2 bürünc medal

Uruqvay - 2 qızıl medal

İngiltərə - 1 qızıl medal

İspaniya - 1 qızıl medal

Niderland - 3 gümüş, 1 bürünc medal

Çexoslovakiya - 2 gümüş medal

Macarıstan - 2 gümüş medal

İsveç - 1 gümüş, 2 bürünc medal

Xorvatiya - 1 gümüş, 2 bürünc medal

Polşa - 2 bürünc medal

ABŞ - 1 bürünc medal

Avstriya - 1 bürünc medal

Çili - 1 bürünc medal

Portuqaliya - 1 bürünc medal

Türkiyə - 1 bürünc medal

Belçika - 1 bürünc medal.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun