Medianews.az
Bakıda bu küçə
163 baxış

Bakıda bu küçə təmirə bağlanır

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.

Bu barədə Medianews.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Bizə qoşulun