Dünyada ölkələrinin süni intellekt üzrə hazırlıq və imkanlarını ölçən əsas beynəlxalq reytinqlər sırasında Oxford Insights, Stanford AI Index, IMF-in rəqəmsal hazırlıq indikatorları xüsusi yer tutur.
“Oxford Insights”in Government AI Readiness Index 2025-ci il üzrə reytinqi açıqlayıb.
Bu reytinqdə ölkələr 4 əsas istiqamət üzrə qiymətləndirilir:
Policy & Governance – strategiyalar, hüquqi və institusional çərçivə
Data & AI Infrastructure – data idarəçiliyi, hesablama gücü
Public Sector Adoption – dövlət sektorunda süni intellektin real tətbiqi
Human Capital & Innovation – insan kapitalı, innovasiya və ekosistem.
2025-ci il hesabatına əsasən, Azərbaycan 111-ci yerdən 70-ci yerə yüksələrək, bir il ərzində qlobal miqyasda ən sürətli irəliləyiş göstərən ölkə olub.
Bu nəticə təbii ki, süni intellekt strategiyasının qəbulu, dövlət tərəfindən süni intellektlə əlaqəli iki Superkompüter Mərkəzinin qurulması və dövlət sektorunda koordinasiyanın güclənməsi ilə bağlıdır.
Bu reytinqdə Özbəkistan və Qazaxıstanın xeyli önə çıxması, NVİDİA ilə ciddi işbirliyi olan Ermənistanın isə xeyli geridə olması diqqət çəkir.
Reytinqdən görsənir ki, Azərbaycanın ən güclü tərəfləri hüquqi və institusional çərçivənin formalaşmasıyla bağlıdır.
Ən zəif tərəflər isə kadr hazırlığı, tədqiqat və genişmiqyaslı innovasiya proqramlarının və tətbiqlərin hələ yetərli səviyyədə olmamasıdır.

Reytinqdəki bəzi ölkələr üzrə mövcud sıralamanı təqdim edirəm:
ABŞ – 1-ci yer
Böyük Britaniya – 2-ci yer
Ukrayna - 40-cı yer
Rusiya – 47-ci yer
Türkiyə – 48-ci yer
Qazaxıstan – 60-cı yer
Özbəkistan – 62-ci yer
Azərbaycan – 70-ci yer
Gürcüstan – 84-cü yer
Ermənistan – 108-ci yer
Qırğızıstan – 116-ci yer
Belarus – 121-ci yer
Görünən budur ki, Azərbaycanın mövqeyinin daha da yüksəlməsi üçün süni intellekt üzrə kütləvi kadr hazırlığına, süni intellektin dövlət xidmətlərində və biznesdə kütləvi tətbiqinə, akademik mühitdə tədqiqatların aparılmasına diqqəti artırmaq lazımdır.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru