Medianews.az
Kefir kimlər üçün
88 baxış

Kefir kimlər üçün təhlükəlidir?

“Faydalı hesab olunan kefir bəzi insanlar üçün sağlamlıq riski yarada bilər”.

Medianews.az xəbər verir ki, bunu bioloq İrina Lyalina deyib.

Onun sözlərinə görə, qastrit, mədə və onikibarmaq bağırsaq yarası, reflüks xəstəliyi və digər mədə-bağırsaq problemləri olan şəxslər kefir istehlakında ehtiyatlı olmalıdırlar.

Mütəxəssis qeyd edib ki, kefirin tərkibindəki süd turşusu mədə turşuluğunu artıraraq ağrı, qıcqırma və xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Laktoza dözümsüzlüyü olan insanlarda isə köp, spazm, ishal və ürəkbulanma yarana bilər. Süd zülalına allergiyası olan şəxslərdə isə ciddi allergik reaksiyalar müşahidə oluna bilər.

Lyalina həmçinin vurğulayıb ki, düzgün saxlanılmayan və ya istifadə müddəti keçmiş kefirdə zərərli bakteriyalar çoxalaraq qida zəhərlənməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, kefir bəzi dərmanların təsirini də azalda bilər. Buna görə dərman qəbulu ilə kefir istehlakı arasında ən azı iki saat fasilə saxlamaq tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun