Medianews.az
Keçmiş model
69 baxış

Keçmiş model TUTULDU

Türkiyənin tanınmış keçmiş modeli Deniz Akkaya saxlanıb.

Medianews.az xəbər verir ki, Kocaelinin Kartepe rayonunda baş verib.

Məlumata görə, Akkaya İstanbuldakı evindən çıxarıldıqdan sonra Kartepedə yaşayan dostu Kürşat A.-nın evinə köçüb.

O, naməlum səbəbdən əsəb böhranı keçirib. İddialara əsasən, daha sonra Akkaya ilə dostu arasında mübahisə yaranıb. Mübahisə zamanı onun dostuna hücum etdiyi və evə maddi ziyan vurduğu bildirilir.

Ev sahibi Kürşat A.-nın polisə məlumat verməsindən sonra Deniz Akkaya saxlanılaraq polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 Medianews.az

Bizə qoşulun