İranla müharibəyə etiraz edərək istefa verən ABŞ-nin keçmiş Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Joe Kent ölkəsinin NATO-dan mümkün çıxışı ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Medianews.az xəbər verir ki, o bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Joe Kent bildirib ki, ABŞ-nin NATO-dan uzaqlaşmaq istəyi xarici müdaxilələri azaltmaq məqsədi daşımır. Onun sözlərinə görə, əsas səbəb Suriyada mümkün Türkiyə-İsrail gərginliyində İsrailin yanında sərbəst mövqe tuta bilməkdir.
ABŞ prezidenti Donald Trump isə daha əvvəl alyansı tənqid edərək onun düzgün idarə olunmadığını və Vaşinqtona lazım olan dəstəyi vermədiyini bildirmişdi.
Kent vurğulayıb ki, ABŞ-nin belə addımı regionda gərginliyi daha da artıracaq və Yaxın Şərqdə ziddiyyətli siyasətin davamı olacaq.
Xatırladaq ki, Kent mart ayında yaydığı açıqlamada İranla müharibəni vicdanən dəstəkləmədiyini bildirərək vəzifəsindən istefa vermişdi.
Medianews.az
Unfortunately leaving NATO won’t be to avoid foreign entanglements, we’ll be leaving NATO so we can side with Israel when Turkey & Israel eventually clash in Syria.
— Joe Kent (@joekent16jan19) April 9, 2026
This is after we helped topple the secular Syrian gov & installed a former AQ/ISIS leader as president.
Time to… https://t.co/hfYTLd4J87