Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.
Medianews.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”, - Kallas qeyd edib.