Ürək sağlamlığı ilə bağlı xəbərdarlıq edən amerikalı kardioloq Dr. Harmony Reynolds bəzi qidaların risk yaratdığını bildirib və özü üçün tamamilə qadağan etdiklərini sadalayıb.
Medianews.az xəbər verir ki, həkimə görə, tədqiqatlar qidalanmanın ürək xəstəliklərində mühüm rol oynadığını göstərir.
Tez-tez xəbərdar etdiyi məhsullar:
Hind qozu yağı və marqarin
Reynolds doymuş yağla zəngin hind qozu yağının LDL xolesterolu artırdığını və ürək üçün risk yaratdığını deyir. Marqarin və bəzi bitki yağlarının da ürək-damar ölümləri ilə əlaqəsi olduğuna dair müşahidələr var. Həkim zeytun yağının ən sağlam seçim olduğunu vurğulayır.
Kartof cipsi
Kardioloq cipsi “ağzıma belə almıram” deyərək evə belə gətirmədiyini bildirir. Onun fikrincə, paket açıldıqdan sonra nəzarətli yemək demək olar ki, mümkün deyil. Alternativ olaraq popkorn və təzə tərəvəzləri məsləhət görür.
İşlənmiş ətlər: sosis, salam, sucuk
Tədqiqatlara görə, bu növ məhsullar xərçəng və ürək xəstəlikləri riskini artırır. Reynolds bu qidaların yalnız nadir hallarda, xüsusi günlərdə istehlak edilməsini tövsiyə edir.
Paketlənmiş şirniyyatlar və köklər
Şəkər və zərərli yağ baxımından yüksək olduğuna görə kardioloq bu qidalardan uzaq durduğunu bildirir. Bu məhsullar həm diabet, həm də ürək xəstəlikləri ilə əlaqələndirilir.
Sağlam alternativlər
Meyvə, yoqurt, qara şokolad və qoz-fındıq kimi seçimlərin riskləri azaltdığı və ürək sağlamlığı üçün daha faydalı olduğu bildirilir.
Medianews.az