Kardioloq Aurelio Roxas qəhvənin sağlamlığa təsiri barədə danışıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, hər növ qəhvə faydalı deyil, lakin şəkərsiz qara qəhvə orqanizmdə xroniki iltihab səviyyəsini azalda bilər. Bu təsir içkidə yüksək miqdarda olan antioksidantlarla bağlıdır.
“Qəhvəni əlavəsiz içmək ən yaxşı seçimdir, çünki bu zaman onun antioksidant xüsusiyyətlərindən maksimum yararlanmaq mümkündür”, – deyə həkim bildirib. Roxas əlavə edib ki, bəzən içkiyə süd qatmaq olar, amma ən faydalı variant şəkərsiz qara qəhvədir.
Mütəxəssislər vurğulayırlar ki, düzgün istehlak edildikdə qəhvə sağlamlıq üçün güclü dəstək ola bilər.
Medianews.az